BURADA REKLAMINIZ OLA
BİLƏR

AYB-dən Əlisa Nicatla bağlı açıqlama

Xəbər verdiyimiz kimi, ötən ilin dekabr ayında yazıçı-filosof Əlisa Nicatın maddi durumu ilə bağlı yardım kampaniyası başladılmışdı. Azərbaycan Yazıçılar Birliyi (AYB) isə Əlisa Nicata 300 manat prezident təqaüdü veriləcəyi barədə məlumat yaymışdı. Ə.Nicat bildirib ki, Azərbaycan Yazıçılar Birliyindən təqaüdlə bağlı ona hər hansı məlumat verilməyib.

 

AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza Pravda.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

 

“Təqaüd siyashısı hələ tutulmayıb ki, Əlisa Nicata da deyilsin. Siyahı aprel ayınadək hazırlanır və göndərilir…”, - o deyib.

 

Aytəkin Qardaşova

Tarix: 1 Mart 2023, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin