BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dialoq doğru üsul olsa da, prosesin Rusiyanın nəzarətində qalması uzunmüddətli həll baxımından məqsədəuyğun deyil”

“Bakı ilə Qarabağ erməniləri arasında Rusiyanın vasitəçiliyi ilə dialoq aparılır. Rusiya Azərbaycan-Ermənistan müstəvisində ipin ucunu əlindən qaçıraraq Avropa Birliyi missiyasının bölgəyə yerləşməsi kimi bir geopolitik şokla üzləşdiyi üçün Bakı-Xankəndi müstəvisindəki vasitəçiliyi özü təşkil edərək bu prosesdə inhisarçı rolunu təmin etməyə çalışır”.

 

Pravda.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

 

Politoloq bildirib ki, danışıqların nəticəsində Qarabağda qanunsuz istismar edilən yataqlarda Azərbaycanın monitorinqlər həyata keçirməsi, eləcə də Laçın yolunda yüklərin yoxlanılması üçün skaner quraşdırılması - Azərbaycan sərhədçilərinin iştirakı olmadan razılaşdırıla bilər: “Amma dialoq doğru üsul olsa da, ümumilikdə prosesin Rusiyanın nəzarətində qalması uzunmüddətli həll baxımından məqsədəuyğun deyil. Dialoqun ikitərəfli əsasda təşkili Azərbaycanın maraqlarına daha uyğun fotrmatdır. Yeri gəlmişkən, bu təmaslar Ruben Vardanyanı səhnə arxasına çəkən gücün Rusiya olduğu arqumentini də gücləndirir”.

 

Kənan

Tarix: 1 Mart 2023, 15:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin