“Azərbaycan-Rusiya münasibətləri spesfik yanaşma tələb edən və diletantlığı qəbul etməyəcək qədər həssas məzmuna malik münasibətlərdir. Bu, bir reallıqdır ki, böyük dövlətlərlə qızıl ortanı tapmadan nəinki qonşuluq etmək, hətta eyni regionda mövcud olmaq özlüyündə “bir addım geridən başlamaq” deməkdir. Moskva ilə əlaqələrdə də bu qayda keçərlidir. SSRİ-nin dağılmasından sonra ötən 32 il ərzində Cənubi Qafqazda yaşanan problemlərin kökündə məhz bu qızıl ortanın tapılmaması dayanır. Bu gün istisnasız demək olar ki, Azərbaycan-Rusiya münasibətlərində ortaq mənfəətlər müəyyən olunub. Prezident İlham Əliyevin böyük dövlət xadimi və siyasətçi kimi ən böyük uğurlarından biri Azərbaycanın suverenliyini, siyasi və iqtisadi müstəqilliyini, milli maraqlarını qoruyaraq, Rusiya ilə bərabərhüquqlu strateji münasibətlər formalaşdıra bilməsidir. Rusiyada fərqli kluarlarda bizə münasibətdə fərqli yanaşma və niyyətlər istisna deyil, lakin məhz cənab İlham Əliyevin düzgün və praqmatik konfiqurasiyası Rusiyanın forpostu ilə müharibə zamanı belə Moskvanı siyasi cəhətdən neytral qalmağa vadar etdi. Rusiya Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən bəyanatlar verdi. Açıq deyək, analoji bəyanatları Gürcüstana, yaxud hətta Ermənistana münasibətdə müşahidə edirikmi?”
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakı səfərinin fonunda Azərbaycanın Rusiya ilə yaxınlaşmasının təhlükəli olduğu, bunun Qərblə münasibətlərə zərbə ola biləcəyi barədə fikirlərə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Rusiya ilə Azərbaycanı yalnız siyasi və iqtisadi maraqlar bağlamır: “Bu gün Rusiyada rəsmi və qeyri-rəsmi olmaqla 3 milyona yaxın soydaşımız yaşayır. Bakı-Moskva münasibətlərində bu amil həmişə əsas nüanslardan biri kimi qəbul edilməlidir. Digər tərəfdən, Rusiya ilə strateji münasibətlər qurmaqla biz nə itirmişik? Faktiki olaraq, Moskvanın maraqları xaricində olan BTC, TAP, TANAP kimi çoxsaylı layihələrin icrasına kimsə maneə ola bildimi? Bu, o deməkdir ki, cənab İlham Əliyev Rusiya ilə ən optimal davranış üsulu seçib və hətta bir sıra hallarda, məsələn, Zəngəzur dəhlizi məsələsində eyni mövqedən çıxış edirik. Bundan başqa, Ermənistan iqtisadiyyatının, demək olar, bütün sahələrində, habelə hərbi idarəçiliyində Rusiya ciddi təsir sahibidir. Bu mənada Bakı və İrəvan arasında yekun sülh üzrə danışıqlar prosesində Rusiyanı görməzdən gəlmək olmaz. O ki qaldı, hazırda Ukrayna münaqişəsi fonunda Qərbdə formalaşan anti-rus əhvalına, həmin o dünya birliyinin başbilənləri Azərbaycan torpaqlarının 30 illik işğalına susmaqla rəvac verən, hətta 907-ci düzəlişin timsalında işğalı, separatizmi açıq və dolayı formada dəstəkləyənlərdir. Bu gün onların Ukraynaya dəstəyi beynəlxalq hüququn prinsiplərindən yox, siyasi qütblərin ziddiyyətindən və öz maraqlarından doğan prosesdir. Bu, bizim üçün göstərici ola bilməz. Azərbaycan-Rusiya münasibətləri də bu fonda qiymətləndirilməməli, Ukrayna məsələsi ilə əlaqələndirilməməlidir. Ukrayna Azərbaycanın tutduğu mövqedən razıdır və sonuncu dəfə 15 fevralda olmaqla bir neçə dəfə şəxsən Volodimir Zelenski ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Yəni Rusiya-Azərbaycan münasibətləri elə müstəvidədir ki, heç bir formada üçüncü tərəfə, yaxud tərəflərə yönəlməyib, blok xarakteri daşımır. Gələcəkdə Rusiya-Qərb qarşıdurmasında istənilən nəticə fonunda bu münasibətlərin xarakteri yalnız və yalnız BMT Nizamnaməsinə, beynəlxalq hüququn “dövlətlərin əməkdaşlığı” prinsipinə uyğun proses kimi qiymətləndirilməlidir və sual yaratmamalıdır. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri də məhz bu çərçivədə şərh olunmalıdır”.
Aytəkin Qardaşova
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
Ən son xəbərləri səhifəmizdən də izləyin