BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Məmmədov: “Ramin Məmmədovun Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşünü növbəti uğur kimi qiymətləndirilməlidir”

“Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində martın 1-də Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşü Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Ceyhun Məmmədov bildirib.

 

“Məlum olduğu kimi, bir sıra region dövlətləri Qarabağda yaşayan ermənilərin reinteqrasiyasının qarşısını almaq üçün müxtəlif layihələr hazırlamışdırlar. Düzdür, proses hələ tam yekunlaşmayıb. Ancaq bütün hallarda belə görüşlərin keçirilməsi çox önəmlidir. Çünki əvvəlki dövrdə həm Ermənistan tərəfi həm də bir sıra dövlət və beynəlxalq təşkilatlar bu danışıqların Ermənistanla aparılmasında israr edirdilər. Hətta Qarabağa status da tələb edirdilər. Azərbaycan bu planı pozdu. Hazırkı mərhələdə bölgəyə ən qısa müddətdə sülhün gəlməsi çox önəmlidir. Ancaq biz yolun uzun və çətin olduğunu da unutmamalıyıq. Bütün hallarda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz məqsədlərinə doğru inamla addımlayır”, - C.Məmmədov qeyd edib.

Tarix: 1 Mart 2023, 19:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin