BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış şəxsin oğlunun ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda yol qəzasında sərnişinin ölümünə səbəb olmaqda təqsirləndirilən Xəlil Əsədlinin cinayət işi ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə ötən il noyabrın 21-də saat 05:30 radələrində Səbail rayonu ərazisində - Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində (metronun “İçərişəhər” stansiyasının qarşısı) qeydə alınıb.

 

Belə ki, 1993-cü il təvəllüdlü Xəlil Əsədlinin idarə etdiyi “BMW” markalı avtomobil  idarəetmədən çıxaraq maneəyə çırpılıb. Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ağır xəsarətlər alaraq ölüb.

 

Məlumata görə, qəzaya uğrayan avtomobil Nurlan Mənsimliyə məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini onun dostu Xəlil idarə edirmiş.

 

Xatırlatma: Vəfat edən 28 yaşlı Nurlan Mənsimli tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun oğludur. Mirzəxan Mənsimov həm də "İqlim" MMC şirkətinin rəhbəridir.

 

Kamal Məmmədov

Tarix: 2 Mart 2023, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin