BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə iki nəfərə hücum edən dəstə üzvləri məhkəmə qarşısında

Bakıda küçədə iki nəfərə qarşı silahlı hücum etməkdə təqsirləndirilən Pərviz Xəlilov və Malik Əlizadənin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə avqustun 23-də paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 80 ünvanında qeydə alınıb.

 

Belə ki, Xəlilov Pərviz Tofiq oğlu tanışı Əlizadə Malik Tağı oğlu ilə birlikdə üzərində olan bıçağın arxası ilə Əzimzadə İmaməli Ulduzxan oğlunun burun nahiyəsindən yumruq və təpiklə, Şahverənov Rafət Rüfət oğlunun bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirib. Daha sonra həmin şəxslər İmaməli Əzimzadə və Rafət Şahverənova məxsus iki ədəd mobil telefonu ələ keçiriblər.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) və 181.2.5-ci maddələri cinayət işi başlanılıb, Pərviz Xəlilov və Malik Əlizadə şübhəli şəxs qismində tutulublar.

 

Kamal Məmmədov

Tarix: 2 Mart 2023, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin