BURADA REKLAMINIZ OLA
BİLƏR

AXCP fəallı ilə bağlı qərar verildi

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Mütəllim Orucovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd: M.Orucov 2021-ci ilin iyununda Azərbaycana Almaniyadan readmissiya olunub. O, Azərbaycana qaytarılandan dörd ay sonra böyük miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilib.

 

M.Orucov ittihamı qəbul etmir.

 

Ötən il oktyabrın 21-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onu 7 il azadlıqdan məhrum edib. 

 

Kamal Məmmədov

Tarix: 2 Mart 2023, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin