BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Zeynalovun qohumunun şirkətinin iddiası əsasında məhkəmə başladı

Bakı Kommersiya Məhkəməsində “Yük Taksisi.Az” MMC-nin (166 xidməti) “Marsham Group" MMC-yə qarşı məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.

 

Qeyd: “Yük Taksisi.Az” daşıma müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Xatırlatma: "Yük Taksisi.Az" MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudr.

 

Məlumat üçün bildirək ki, uzun müddətdir mətbuatda "Yük Taksisi.Az" və “Evakuator.Az” MMC-lərə rəhbərlik edən Aqil Zeynalovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla qohumluq əlaqələrinin olduğu yazılır.

 

Kamal Məmmədov

Tarix: 2 Mart 2023, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin