BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağstafada dəhşətli yol qəzası ilə bağlı cinayət işi açıldı

Ağstafada dəhşətli yol qəzası ilə bağlı cinayət işi açılıb.

 

Bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Bildirilib ki, 01.03.2023-cü il tarixdə saat 09:45-də Ağstafa-Sadıxlı yolunun 20-ci kilometrliyində 1963-cü il təvəllüdlü Mədədov Şahvələd Abdurəhman oğlunun idarə etdiyi "Hundai Aİ-30" markalı avtomobillə 1977-ci il təvəllüdlü Məmmədov Fikrət Fərman oğlunun idarə etdiyi "Muravey" markalı motosiklet toqquşub. Nəticədə həmin motosikletdə sərnişin qismində əyləşən 1980-ci il təvəllüdlü Qurbanov Rafiq Zəlimxan oğlu və sürücü Məmmədov Fikrət Fərman oğlu müxtəlif bədən xəsarətləri alıb. Lakin həkimlərin səyinə baxmayaraq, Qurbanov Rafiq Zəlimxan oğlu 01.03.2023-cü il tarixdə saat 12 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasında ölüb.

 

Faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 2 Mart 2023, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin