BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə məktəbin qarşısında piyadanın ölümü ilə bağlı sürücüyə cinayət işi açıldı

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

 

Bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Bildirilib ki, 01.03.2023-cü il tarixdə, saat 21 radələrində 1997-ci il təvəllüdlü Qafarlı Elcan Qafar oğlu "BMW 535" minik markalı avtomobil ilə Gəncə şəhər 41 nömrəli tam orta məktəbin qarşısından yolu keçməkdə olan piyada – 1990-cı il təvəllüdlü Zeynalov Gülalı Elşən oğlunu ehtiyyatsızlıqdan vurub. Nəticədə piyada G.Zeynalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 2 Mart 2023, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin