Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmışlar Hacı Şahinin ölümündən yazdılar...

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin qəfil ölüm xəbəri onu tanıyan hər kəsi dərindən sarsıdıb. Sosial şəbəkələrdə dövlət rəsmilərindən tutmuş sənət adamlarına qədər hər kəs Hacı Şahinlə bağlı paylaşım edir, başsağlığı verirlər.

 

Pravda.az Hacı Şahin barəsində sosial şəbəkə platformalarında edilən paylaşımların bir qismini təqdim edir.

 

Deputat Razi Nurullayev: “Tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənlinin ölüm xəbərinə çox üzüldüm. Nə qədər arzuları, planları yarımçıq qaldı. Ölümlər nə qədər cavanlaşıb, İlahi! Rəhmətlik ilə bir neçə televiziya verilişlərində olmuşduq. Fikirlər düz gəlməyəndə belə Hacı Şahin çalışırdı ki, heç kimin xətrinə dəyən söz deməsin. Səbrli və dövlətini sevən şəxs idi. Yaxınlarına və doğmalarına öz adımdan və rəhbərlik etdiyim Milli Cəbhə Partiyası - MCP adından dərin hüznlə başsağlığı verir və Allahdan ona rəhmət diləyirəm. Ruhu şad, məkanı cənnət olsun!”

 

Hacı Nuran Hacı Şahinlə birgə fotolarını paylaşaraq “Hacı Şahin Həsənli 48 yaşında vəfat edib. Ruhun şad olsun! Məkanın cənnət olsun! Deməyə söz tapmıram. Allah rəhmət eləsin...”, - yazıb.

 

Xalq artisti Alim Qasımov “Ruhunuz şad, yeriniz cənnət olsun, əziz dost” yazıb.

 

Dublaj aktyoru Kamal Yaşarın paylaşımı çoxlarını təsirləndirib: “Mən 10 ildən çoxdur bu məscidə gəlirəm. Bu 10 ildə bircə, cəmi bircə dəfə də olsa, xütbə zamanı məscidin içinə daxil olub, Hacını canlı, gözlərinə baxaraq izləyə bilməmişəm. Ya məscidin çölündə, ya da yaxşı halda həyətində bir nöqtəyə sığınıb dinləmişəm. Buna baxmayaraq, hər cümə eyni həyəcanla gəlmişəm. İndi ilk dəfədir, mən məscidin içindəyəm, Hacının xütbə etdiyi yerdə. Amma indi Hacı səssiz, gözləri isə qapalıdır…”

 

Aparıcı, prodüsser Tarix Əliyev (Tolik) isə Hacı Şahin Həsənlinin moizəsini paylaşaraq belə yazıb: “Şok oldum xəbəri oxuyanda. Allah ailəsinə səbir versin. Hacı, Allah cənnəti ilə mükafatlandırsın sizi. Çox yaxşı insan idiniz. Allah sizə rəhmət eləsin, Hacı Şahin. Ölümünüz çox təsir etdi milyonlarla insana...”

 

Rejissor Kənan MM “Sənə qurban olaram, hacı...” yazaraq Hacı Şahinlə son mesajlaşmasının görüntülərini paylaşıb.

 

Kənan MM-in həyat yoldaşı, tanınmış müğənni Aygün MM: “Sabahı çox pis xəbərlə açdıq. “Ölüm haqdır, dünya fani. Hamı ölümü dadacaq”. Bu sözləri atamın yasında mənə dediniz. Siz çox savadlı, mükəmməl insan... Haqqınızda yalnız “ən yaxşı” yaza bilərik. Sizi hamı çox sevirdi. Bu məhəbbəti böyükdən-kiçiyə özünüz qazanmışdınız. Çox pis olmuşam, çox ...”

 

Müğənni Xuraman Şuşalı “Hacı Şahin qardaş, gedişinizlə bird aha bizləri oyatdınız ki, ölüm anidən gəlir. Allah rəhmət eləsin” yazıb.

 

Müğənni Roza Zərgərli də Hacı Şahinin moizəsini paylaşaraq “Allah rəhmət etsin, məkanınız cənnət olsun” qeyd edib.

 

Meyxanaçı Orxan Lökbatanlı həbsdə olan həmkarı Rəşad Dağlı və Hacı Şahin Həsənli ilə məsciddə birgə fotosunu paylaşaraq “Allah rəhmət eləsin, çox tez idi bu xalqın Hacı Şahin kimi bir şəxsiyyətə əlvida deməsi…” sözlərini yazıb.

 

Tanınmış müğənni Miri Yusif də “Allah rəhmət eləsin, Hacı” yazaraq hüznünü ifadə edib.

 

Aparıcı Zaur Baxşəliyev “Allah rəhmət eləsin, çox etibarsız düyadır” yazıb.

 

Aytəkin Qardaşova

Tarix: 2 Mart 2023, 11:41   
Xəbər lenti
Çox oxunanlar