BURADA REKLAMINIZ OLA
BİLƏR

Şərif Ağayar: "Kitabın məhvi üçün xüsusi tapşırıq verilibsə, işimizi bilək"

"Azərbaycanda kitabxana sistemi iflic vəziyyətdədir. Heç birinin telefonuna cavab verən yoxdur. İnternetlə də işləmək məsələsi biaırçılıq həddindədir".

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Şərif Ağayar bildirib.

 

"Bircə Milli Kitabxana yalnız e-maildən cavab verir. Bunlar ora yığışıb nə iş görürlər? Slavyan Universitetinin keçmiş xanım rektoru kimi cadu-piti ilə məşğul olurlar? Telefonlar niyə cavab vermir? Yaxud bu yalançı nömrələri internet resurslarına niyə yerləşdiriblər? Kitabxana niyə özünü nazirlik kimi aparır? Hətta nazirliklərdə belə, şəhər nömrələrinə cavab verirlər. Kitabın məhvi üçün xüsusi tapşırıq verilibsə, işimizi bilək", - Ş.Ağayar qeyd edib.

 

Kənan

Tarix: 2 Mart 2023, 14:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin