BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Mən Elman deyiləm”

Milli Məclisin deputatı Elman Nəsirovla Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu arasında qalmaqal yaranıb.

 

Pravda.az-ın xəbərinə görə, onlar “Reaksiya TV”nin efirində Azərbaycanda rus dilinin tədrisi ilə bağlı mübahisə ediblər.

 

“Sual verirəm sənə, Elman” deyən S.Cəlaloğluna E.Nəsirov “Mən Elman deyiləm” cavabını verib.

 

S.Cəlaloğlu isə “Kimsən bəs? Sən də mənə “sən” deyə müraciət et, nə olar ki?! Elman deyəndə nə olur ki? Atan, anan sənə Elman adını qoymayıb? Mənə Sərdar deyə müraciət et, nə olar ki?! Səmimiyyət üçün belə lazımdır”, deyə bildirib.

 

Deputat isə S.Cəlaloğluna deyib ki, müzakirəyə qiyməti tamaşaçıların öhdəsinə buraxır: “Böyük bir partiyanın sədrisiniz. Mən həmişə qarşımdakına sən deyil, siz deyə müraciət edirəm”.

 

Partiya sədri deputata belə cavab verib: “Sosialist ənənələrindən çıxın, Rusiyadan əl çəkin! Dünyanın hansı ölkəsində “sənə” “siz” deyirlər? Rusiyanın adamı olduğuna görə Azərbaycanda rus dilinin tədrisi sənə xoş gəlir”.

Tarix: 3 Mart 2023, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin