BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə “Bandotdel”in tutuğu şəxslərlə bağlı qərarı ləğv etdi

Xüsusi əməliyyatla saxlanılan narkotacirlər - Elçin Xuduyev və Elman Muradovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı hökm tamamilə ləğv edilib. İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

 

Qeyd: Həmin şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı tutulub.

 

Onlar külli miqdarda narkotik vasitəni İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirmək və satmaqda ittiham olunur.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Xuduyev 13 il 6 ay, Elman Muradov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Kamal Məmmədov

Tarix: 3 Mart 2023, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin