BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə sevdiyi qızı öldürən şəxslə bağlı qərarı açıqladı

Bakı Apellyasiya Məhkəməsində sevdiyi qızı öldürməyə cəhd etməkdə təqsirli bilinən Afiq Hüseynovun barəsində olan hökmdən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 2022-ci ilin fevralın 11-də, gecə saat 23.30-da Yasamal rayonu, Z.Xəlilov küçəsində ensiz bir ərazidə baş verib.

 

Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü Aytac Ağayevaya yeddi bıçaq zərbəsi vurub.

 

Aytac Ağayeva xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Məlumata görə, Afiq Hüseynov tanışı olan Aytac Ağayevaya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək sevgili olmaqdan imtina edib.

 

Bundan qəzəblənən Afiq sevdiyi qıza 7 bıçaq zərbəsi vurub. Yaralıya xəstəxanada tibbi yardım göstərilib.

 

İstintaq orqanı tərəfindən Afiq Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, bir neçə il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 3 Mart 2023, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin