BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş kürəkənini bıçaqlayan şəxslə bağlı qərar ləğv edildi

Göygöldə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Amil İbrahimovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş baxılması üçün aşağı instansiya məhkəməsinə göndərilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 7 il, 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: 2021-ci il sentyabrın 25-i saat 22 radələrində Göygöl rayonu, Hacıməlik qəsəbəsində 1987-ci il təvəllüdlü Azər Məhərrəmova bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla zərərçəkmişin keçmiş qayınatası Amil İbrahimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Azər Məhərrəmova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Amil İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Kamal Məmmədov

Tarix: 3 Mart 2023, 09:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin