BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş müavinin qızını və qayınanasını öldürən xalaoğluların yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən Fərid Məmmədli və Anar Ağalarov barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası martın 9-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Məmmədli 15 il və Anar Ağalarov isə 16 il azadlıqdan məhrum edilib. Onlar xalaoğludur.

 

Qeyd: 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri - 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi, 1989-cu il təvəllüdlü Aygün Əzizovanın birgə yaşadıqları mənzildə qəsdən öldürülmələri ilə faktı bağlı cinayət işinin ibtidai istintaqı qurumun İstintaq idarəsində tamamlanıb.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Anar Ağalarovun mərhum xalası oğlu Teymur Məmmədov və sonuncunun qardaşı Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəhilə Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ona məxsus mənzilə qanunsuz olaraq girib bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürmələrinə, daha sonra isə mənzildə olan 600 ABŞ dolları məbləğində pulu götürüb ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Toplanan sübutlar əsasında Fərid Məmmədli və Anar Ağalarova Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib.

 

Xatırlatma: Qətlə yetirilən 15 yaşlı qız Aygün Əzizova 16 il Cəlilabadın icra başçısının müavini vəzifəsində çalışmış Asif Əzizovun qızı, Rəhilə Cəlilova isə onun qayınanasıdır.

 

Kamal Məmmədov

Tarix: 3 Mart 2023, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin