BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Məmmədov: “Hacı Şahinin yolunu kim davam etdirəcək? Bu boşluq necə doldurulacaq?”

“Din tarixin bütün dövrlərində cəmiyyətlərin həyatında ciddi rol oynayıb, siyasi proseslərə təsir imkanlarına malik olub. Sovet hakimiyyəti uzun illər dini insanların həyatından çıxarmağa çalışsa da, bu rejimin süqutundan sonra insanların sürətlə dinə qayıdışı həmin siyasətin uğurlu olmadığını göstərdi. Qərbdə də dinin cəmiyyətdə rolu ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bəzi nəzəriyyələrə görə, bəşəriyyət yüksək inkişaf və tərəqqiyə nail olduqca dinin insanların həyatına təsirinin azalacağı iddia olunurdu. Ancaq dünyada baş verən son proseslər də göstərdi ki, dinin insanların həyatından çıxarılması və təsirinin tamamilə azaldılması mümkün deyil. Əsas proseslərin düzgün idarə olunmasıdır. Dünən Bakıda Hacı Şahin Həsənlinin dəfnində yaşanan izdiham və bütün sosial şəbəkələrdə bu məsələnin gündəm olması Azərbaycan cəmiyyətində də dinə münasibətin nə qədər həssas olduğunu bir daha göstərdi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, Hacı Şahin son illər ümummilli məsələlərdə dövlətin yanında idi:

 

“O, vətəndaşlıq mövqeyi nümayiş etdirirdi. Hacı Şahinin bu yanaşması bəzi dindar qruplar, xüsusilə də İrana bağlı şəxslər tərəfindən birmənalı qarşılanmır və ciddi tənqid olunurdu. Burada belə bir sual da yaranır ki, bundan sonra proseslər necə inkişaf edəcək? Onun yolunu kim davam etdirəcək? Bu boşluq necə doldurulacaq? Son baş verən hadisələr  Azərbaycanın dövlət-din münasibətləri modelini təkmilləşdirilməsinin, dinə daha həssas münasibətin bəslənilməsinin, daha çevik qərarların qəbul edilməsinin, islahatların daha da sürətləndirilməsinin, yeni dini liderlərin yetişdiriməsininin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərir”.

 

Aytəkin Qardaşova

Tarix: 3 Mart 2023, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin