Bildiyiniz kimi, sosial şəbəkələrdə “Hüseynçi” ləqəbi ilə tanınan və bir müddət əvvəl dövlətə xəyanət ittihamı ilə 17 il müddətinə azadlıqdan məhrum edilən Kərbəlayi Səbuhi (Səlimov) vəfat edib.
Pravda.az onun nədə ittimam olunduğu barədə məlumat əldə edib.
Birinci instansiya məhkəməsi Səbuhi Səlimov haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlib ki, o, Azərbaycan suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etməklə dövlətə xəyanət edib.
Belə ki, təqsirləndirilən şəxs Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə 2011-ci ilin 19-28 dekabr tarixlərində İranın Ərdəbil şəhərində olarkən İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Mühafizəçiləri Korpusu- SEPAH-ın nümayəndəsi Vəli Cabbari və digərləri tərəfindən əvvəlcədən hazırlanmış konspirativ görüş üçün nəzərdə tutulmuş evdə “Kərbəlayi” təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb olunub. Məxfi əməkdaşlığa dair razılığını bildirdikdən sonra Vəli Cabbarinin tapşırığı ilə Səbuhi xüsusi xidmət orqanı nümayəndələri tərəfindən təhlükəsizlik təlimatları ilə bağlı təlim keçmiş və ona Azərbaycanın Ədliyə Nazirliyi Kollegiyasının 04 avqust 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatı ləğv edilmiş, İran xüsusi xidmət orqanının təsiri altında olan “Azərbaycan İslam Partiyası” adlı təşkilatın fəaliyyətini davam etdirməsi, dindar gəncləri, o cümlədən informasiya texnologiyaları sahəsində bilik və bacarıqları olan şəxsləri həmin təşkilata üzvlüyə cəlb etməklə fəaliyyətinin genişləndirilməsi, etibarlı ola biləcək gənclərin seçilərək İran ərazisində təşkil edilən kurslara və təlimlərə cəlb etməklə xüsusi xidmət orqanlarının əlaqəsinə verilməsi, Azərbaycanın hüquq-mühafizə və digər dövlət orqanlarının əməkdaşlarından etibarlı ola biləcək dindar şəxslərin müəyyən edilərək onların əlaqəsinə çıxarılması, xarici xüsusi xidmət orqanının göndərdiyi maliyyə vəsaitləri hesabına Azərbaycana dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş bir sıra şəxslərin müdafiə, özlərinə və ailələrinə maddi yardımların edilməsi, həmin şəxslərin həbsinə etiraz olaraq və dövlət əleyhinə yönəlmiş digər aksiya və mitinqlərin keçirilməsi barədə və sair hallara dair tapşırıqlar verilib.
Səbuhi Səlimov Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə İran xüsusi xidmət orqanı olan SEPAH-ın nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2011-2021-ci illər ərzində tamah niyyəti ilə qəsdən fəaliyyət göstərməklə, Azərbaycandövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş şəxslərin özlərinə və ailələrinə maddi yardımlar etməklə, həmin şəxslərin həbsinə etiraz aksiyaları, eləcə də xarici xüsusi xidmət orqanının göndərdiyi maliyyə vəsaitləri hesabına Bakı şəhərində Ədliyyə Nazirliyi qarşısında, “Qüds günü” ilə bağlı Bakı şəhərində Bibiheybət məscidinin qarşısında, İsrailin Azərbaycandakı səfirliyi və Şəhidlər Xiyabanı qarşısında təxribat xarakterli, dini ayrı-seçkilik şüarları ilə müşaiyət edən, Azərbaycanda dünyəvi dövlət ideyalarına, dövlət hakimiyyət orqanlarının qanuni fəaliyyətinə, Azərbaycanın digər dövlətlərlə olan münasibətlərinə kölgə salan icazəsiz kütləvi aksiyaların təşkilində iştirak etməklə, 2018-ci ilin iyun ayında öz yaşayış evində müxtəlif dövlətlərin bayraqlarının yandırılmasını təşkil edərək qeydə alınmış videogörüntüləri yaddaş qurğusunda hesabat məqsədi ilə dövlətə xəyanət və digər cinayət əməllərinin törədilməsinə görə barəsində beynəlxalq axtarış elan edilmiş İran ərazisində gizlənən İran xüsusi xidmət orqanı SEPAH-ın əlaqəsində olan şəxsə göndərməklə, 2021-ci ilin avqust ayında yaşayış evində “Aşura” günü ilə əlaqədar dini yığıncaq adı altında dini ayrı-seçkilik, Azərbaycana qarşı düşmənçilik xarakterli şüarlar ilə müşaiyət olunan hərəkətlər təşkil edib videoçəkilişini aparıb yaymaqla və aldığı digər tapşırıqların icrası üzrə topladığı digər məlumatları 2012-ci ilin mart ayının 03-dən 2021-ci ilin iyun ayının 26-dək olan müddət ərzində İran İslam Respublikasına etdiyi çoxsaylı səfərlərində konspirativ görüş üçün nəzərdə tutulmuş xüsusi məkanlarda həmin xüsusi xidmət orqanının nümayəndələrinə verməklə dövlətə xəyanət edib.
Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Səlimov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib və o, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Qeyd: Kərbəlayi Səbuhi ötən gün Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra ürəktutmadan vəfat edib.
Onun bir müddət idi ki, aclıq aksiyası keçirdiyi bildirilirdi.
Kamal Məmmədov
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
Ən son xəbərləri səhifəmizdən də izləyin