“Son yazdığım statusdan sonra bəziləri bildirdilər ki, hesabın oğurlanıbmı, bunu niyə yazmısan? Hətta məni söyənlər, təhqir edənlər də var. Hamısı biləcəklər nədir, üzr istəyəcəklər. Bəxtiyar Hacıyev həbs olunduğu gündən onun müdafiəsi üçün əlimdən gələn hər şeyi etmişəm. Bəxtiyarla bağlı sonuncu dəfə kampaniyanın güclənməsinə təkan verən də mən idim. Artıq bağrım çatlayır, bu qədərini gözləmirdim. Kəmaləddin Heydərovla bağlı ilk yazı paylaşılanda Bəxtiyar vəkil vasitəsilə bizə xəbər göndərib dedi ki, hökumət məni aldadıb, mənə islahat vəd veriblər. İçimdə ona inanmadım, amma qanunsuz həbs edildiyi üçün müdafiəmə davam etdim. Bəxtiyar kimlə yatıb, yüz qıza “podxod” edib – mənə qətiyyən maraqlı deyil. Azərbaycanın əxlaq dəyərləri çərçivəsində onu ittiham etmərəm. Mənim də həyatımda bir çox qadın olub. Bəxtiyarın qınanılmalı olduğu məsələlərdən biri həmin qadınların şəkillərini çəkib dostlarına ötürməsi idi. Bəxtiyar elə bir səviyyədə əxlaqsız və ləyaqətsiz insandır, ölüm yatağında olan siyasi fəal dostunun sevgilisinə yazıb ki, bundan adam olmayacaq, artıq ölüb. Qızın şəkillərini çəkib, telefonunda saxlayıb. Bu məlumatları yayanların hamısı ən ağır tənqidlərə layiqdir, amma mənim Bəxtiyardan gözləntim var idi. Ölüm ayağında olan mübarizə yoldaşının sevgilisinə yazıb. Bununla kifayətlənməyib. O, Azərbaycanda bir çox siyasi xadimin qızına, övladına, həyat yoldaşına – hamıya sistematik şəkildə “girişib”. Artıq düşünürəm ki, onlarla da əlaqələrini qeydə alıb”.
Pravda.az xəbər verir ki, bu sözləri siyasi fəal İlkin Rüstəmzadə deyib.
“Bəxtiyarın “Facebook” profili ələ keçiriləndə - bu, mənə problem yaradacaq, amma vecimə deyil – “Facebook” partnyoru olan nüfuzlu bir təşkilata yazdım, hesabın dondurulmasını təmin etdim. Telefonumu satıb, pulumu Bəxtiyarla bağlı sponsor paylaşımlara qoydum. Polad Həşimovun anasının Bəxtiyarla bağlı çağırışını dörd dəfə sponsor paylaşıma qoydum. Amma mən insanam. Bunların heç birini Bəxtiyara keçməyəcəyəm. Bəxtiyar, sənə əlli dəfə dedim ki, Daxili İşlər Nazirliyini hədəf almağın kənardan çox iyrənc görünür. Bu günə qədər Bəxtiyarı müdafiə etdiyim üçün hər kəsdən üzr istəyirəm. Prinsiplərə xəyanəti bağışlayanda bu, artıq ölkədə normaya çevrilir. Mən bağışlamıram, bağışlamayacağam. Ümid edirəm, tez zamanda həbsxanadan çıxar. Çıxmasa, Bəxtiyarın necə bir insan olduğunu, kim olduğunu özündən əvvəl xəbər göndərəcəyəm. Layiq olduğu yerdə cəzasını çəkəcək. Bəxtiyar insanların namusuna, əxlaqına toxunub, bütün “qırmızı xətləri” keçib. Bu etdiklərindən sonra nəinki “içəridə”, düşmən əsirliyində olsa, ona keçmərəm. Mənim də səhvlərim olub, amma xəyanət etməmişəm, prinsiplərimi satmamışam, pula əyilməmişəm, namusa toxunmamışam. Bəxtiyarın hesablarından yayılan materiallar hamısı cinayətdir. Amma Bəxtiyar dəyərlərinə, əqidəsinə xəyanət edib, ən əxlaqsız oyunda iştirak edib, klanlararası davaya girib, gah hökumətdən “paket” alıb, özünə müxalif obraz yaradıb. Ən yaxınlarının namusuna bilərkdən, sistemli şəkildə toxunub. O, bunları seksual manyaklığına görə etməyib, artıq buna inanmıram. Mənə deyirlər ki, yayılanların fotoşop olmadığını hardan bilirsəm? Bəxtiyarın yazışmaları yayılanda onların fotoşop olub-olmadığını ən ciddi mütəxəssislərə yoxlatdırmışam ki, birdən haqqına girərlər. Deyil! Dəfələrlə xəbərdarlıq etdik ki, Bəxtiyar, çox irəli gedirsən. Evli olan qadını yoldan çıxartmaq onsuz da namusuzluqdur. Bunun müzakirəsi olmamalıdır. Dəyərləri iddia edirsənsə, sən təmiz olmalısan. Bundan sonra Bəxtiyarı müdafiə edənləri Bəxtiyarın tayı gözündə görəcəyəm. Bəxtiyarı müdafiə etməklə çox böyük qələt elədik. Yazışmaları yayılandan əvvəl bilsəydim ki, belə şeylər var, onu heç vaxt müdafiə etməzdim”.
Aytəkin Qardaşova
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
Ən son xəbərləri səhifəmizdən də izləyin