BURADA REKLAMINIZ OLA
BİLƏR

Ana və körpəsinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Masallıda 2 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Şəhriyar Fərəcovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Cavid Səfərlinin icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə ötən il dekabrın 23-də saat 03:30 radələrində Ələt-Astara magistralının Masallıdan keçən 131-ci kilometrliyində qeydə alınıb.

 

Belə ki, Lənkəran rayon sakini Şəhriyar Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı avtomobil Astara sakini Rəşid Nəsirovun sürdüyü “KamAZ”a çırpılıb.

 

Nəticədə “Kia Sportage”də olan sərnişinlər Əminə Fərəcova və onun 2022-ci il doğumlu oğlu Aslan Fərəczadə hadisə yerində ölüb.

 

Sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

İlkin məlumata görə, qəza zamanı “Kia Sportage” yük maşınına arxadan çırpılıb.

 

Daha sonra Şəhriyar Fərəcov cinayət məsuliyyətinə cəlb olunub.

 

Kamal Məmmədov

Tarix: 4 Mart 2023, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin