BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənovdan "AtaBank"la bağlı SƏRT AÇIQLAMA

"AtaBank" da Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ianə edib. Aylardır ki, əmanətçilərin əmanətini, digər müştərilərinin pulunu qaytarmır, demək olar ki, heç fəaliyyət də göstərmir, amma yardım edir.


Pravda.az-ın xəbərinə görə, bunu vəkil Əkrəm Həsənov deyib.


Ə.Həsənov qeyd edib ki, yardım etmək yaxşı işdir, amma öz hesabına: "Sən başqalarından milyonlarla pul topla, qaytarmaqdan imtina et, həmin vəsaitin bir hissəsini də xeyriyyəçiliyə sərf et! Nədir bunun adı? Ad tapa bilmirəm. Necə ki, Mərkəzi Bankın da bu bank barəsində tədbir görməməsinə. Dünya tarixində misli görünməyən hadisədir: Bank müştərilərinə ödəniş etmir, Mərkəzi Bank isə tədbir görmür. Belə bank sisteminə axı necə etibar etmək olar?.."

Tarix: 8 Aprel 2020, 16:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin