BURADA REKLAMINIZ OLA
BİLƏR

Bacısını qətlə yetirən qardaş məhkəmə qarşısında

Ağcabədidə qətl törətməkdə təqsirləndirilən Bayram Xudaverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Qətl hadisəsi ötən ilin yayınd Ağcabədinin Aran kəndində qeydə alınıb.

 

Həmin kənddə müvəqqəti məskunlaşan Laçın rayonundan olan 30 yaşlı Lamiyə Abdullayevi qardaşı 26 yaşlı Bayram Xudaverdiyev öldürüb. Hadisənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı  baş verdiyi bildirilir.

 

Xudaverdiyevlər ailəsi iddia edir ki, hadisəyə səbəb qadının həyat yoldaşının ailə üzvləri olub. Onlar bu barədə hüquq mühafizə orqanlarına məlumat veriblər.

 

Məlumata görə, qardaşı tərəfindən qətlə yetirilən qadın ailəli olub. Onun iki azyaşlı övladı var.

 

Bayram Xudaverdiyev könülü olaraq polisə təslim olub.

 

Faktla bağlı cinayət işi başlanıb. 

 

Kamal Məmmədov

Tarix: 4 Mart 2023, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin