BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda olan ehtiyat tibbi maskanın sayı açıqlandı

“Ötən həftə ölkədə ərzaq təhlükəsizliyini təmin etmək üçün təlimat işlənib hazırlandı, təsdiqləndi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

İ. Məmmədov deyib ki, Koronavirusla Mübarizə Fondunda 110 milyon manat ianə yığılıb: “Ölkəyə kifayət qədər şlenmlər, skafandrlar, maskalar gətirilib. Bu günə ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Gün ərzində 450 mindən artıq tibbi maska satılır". 

 

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri qeyd edib ki, aprelin 7-i və 8-i ərzində 3073 nəfər karantin rejimini pozan şəxs barədə tədbir gbrülüb: “12 nəfər inzibati həbs edilib. 2 ictimai iaşə müəssisəsinin işlədiyi aşkarlanıb, 1 nəfərə cinayət işi açılıb. 2 nəfər jurnalist vəsiqəsi satdığı üçün həbs edilib. Bəzi dövlət qurumlarının işçilərinin 30 faizindən çoxuna icazə verilib. Başqa özəl şirkətlər tərəfindən də icazə.gov.az şirkətinə müraciətlər olunub ”.

Tarix: 8 Aprel 2020, 17:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin