BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Həsənov: “Vətəndaşlar ölkədə və dünyada baş verənləri sosial şəbəkədən izləyirlər”

“Azərbaycanda 300-dən artıq qəzet-jurnal, 50-dən artıq televiziya və radio fəaliyyət göstərir. Hələ Azərbaycan əhalisinin sosial şəbəkədə aktivliyini demirəm. Azərbaycan əhalisinin 82 faizi sosial şəbəkə istifadəçisidir”.

 

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

 

Ə.Həsənov qeyd edib ki, Azərbaycan vətəndaşları ölkədə və dünyada baş verən hadisələri birbaşa sosial şəbəkədən izləyirlər: “Əsl söz, mətbuat azadlığı budur. Bunun əsasını Heydər Əliyev qoyub. Məlumdur ki, 1998-ci ildə bütün teleradio vasitələri üzərindən nəzarət götürülüb".

Tarix: 4 Noyabr 2019, 20:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin