BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaqatalada illər əvvəl qətl törədən şəxsdən xəbər var

Ali Məhkəmədə Zaqatala rayonunda illər əvvəl qətl törətməkdə təqsirləndirilən Polad İsmayılovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, P.İsmayılov 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

O, Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirli bilinib.

 

Qeyd: Zaqatala rayon sakini, 1950-ci il təvəllüdlü Əyyubova Seyran Şakir qızının 24.02.2011-ci il tarixdə yaşadığı evdə üzərində xəsarətlər olan meyiti aşkar edilməsi ilə bağlı başlanan cinayət işinin üstü 9 il sonra – 2020-ci ildə açılıb.

 

Əməliyyat axtarış tədbirləri ilə mərhum Seyran Əyubovanın yaşadığı evdə günlük kirayədə yaşayan İsmayılov Polad Şəmsəddin oğlunun 24 fevral 2011-ci il tarixdə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı onu bıçaqla xəsarətlər yetirərək öldürməsi müəyyən edilib.

 

P.İsmayılov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 6 Mart 2023, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin