BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşu qadını güdüb, qardaşını bıçaqlayan ahıl kişi ilə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində Zaqatalada həmkəndlilərini bıçaqlamaqda təqsirləndirilən Camələddin Murtuzəliyev barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilərək cinayət işi üzrə icraata xitam verilib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

 

Qeyd: Hadisə 23 iyun 2022-ci il tarixdə Zaqatala rayonunun Mosul kəndində baş verib.

 

Belə ki, kənd sakini, 1949-cu il təvəllüdlü Murtuzəliyev Camələddin Murtuzəli oğlu həmkəndlisi, 1970-ci il təvəllüdlü Ramiz Rəsulov və onun oğlu Oruc Rəsulova bıçaqla ağır xəsarət yetirib.

 

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Hadisəni törətməkdə şübhəli sayılan Cəmaləddin Murtuzəliyev polis tərəfindən saxlanılıb.

 

İttihama görə, Ramiz Rəsulovun bacısı Səma (şərti) Camələddin Murtuzəliyevin qonşusudur. Camələddin Murtuzəliyev Səmanı dörd ilə yaxın gecələr yaşadığı evə fanarla işıq salmaqla, ev telefonuna zəng vurmaqla və buna oxşar digər hərəkətlər etməklə onu narahat edirmiş. Qadının oğlu təxminən 1 il 6 ay qabaq əsgərliyə getdikdən sonra təqsirləndirilən şəxs onun yaşadığı evin həyətinə, hətta evinə daxil olaraq mənzilin pəncərəsindən onu və qızını güdmüş. Səma hər dəfə Cəmaləddini gördükdə qışqır-bağır salıb ahıl kişini qovmuş. Bununla bağlı bir neçə dəfə polisə şikayət də edib və Cəmaləddinin barəsində məhkəmə qərarı ilə cərimə tətbiq olunub.

 

Hadisə günü Camələddin Murtuzəliyev yenidən qadının evinə gəlib onu güdürmüş. Bu zaman Səma qışqırıb. Hadisə yerinə Ramiz, onun oğlu Oruc və digərləri gəlib. Mübahisə zamanı Camələddin Ramiz və Oruca bıçaqla xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 7 Mart 2023, 08:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin