BURADA REKLAMINIZ OLA
BİLƏR

Qıza görə qonşunu bıçaqlayan tələbəyə cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İmran Əliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 23 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Tovuzun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

 

Belə ki, 2005-ci il təvəllüdlü İmran Əliyev küçədə qonşusu Sona Qasımova (şərti) ilə söhbət edən zaman oradan zərərçəkmiş, qızın keçmiş sevgilisi Elbəy Vahidli (soyadı şərti) keçib. Həmin vaxt İmran zarafat etmək məqsədi ilə Sonanın əlindən tutub. Bunu görən Elbəy dostu Mehracgilin evinə gedib. Bir qədər sonra Elbəy, dostları - Mehrac və Tağı evdən çıxaraq küçə ilə getməyə başlayıb. Onları görən Sona evlərinə yollanıb. İmrana yaxınlaşan Elbəy niyə belə bir hərəkət etdiyini soruşub. Təqsirləndirilən şəxs isə əvvəl zarafat etdiyini, sonra zərərçəkmişin üzündən öpərək ona nalayiq sözlər işlədib. Bu zaman tərəflərin arasında mübahisə yarıb. Nəticədə İmran üzərində gəzdirdiyi bıçaqla özündən yaşca böyük olan Elbəyin sol böyrünə bir zərbə endirib. Dostlarını çağıran zərərçəkmiş xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

 

Daha sonra İmran Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Qeyd: İmran Əliyev hazırda Qazax Sosial İqtisadi Kollecində təhsil alır.

 

Kamal Məmmədov

Tarix: 7 Mart 2023, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin