BURADA REKLAMINIZ OLA
BİLƏR

Lənkəranda gənc oğlanın qətlə yetirən şəxsdən xəbər var

Lənkəran rayonunda gənc oğlanın qətlə yetirməkdə təqsirləndirilən Seymur Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Vüqar Əhmədovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Ötən il noyabrın 17-si saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 7 Mart 2023, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin