Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Zamanla konstitusiyada dəyişikliklərin edilməsinə ehtiyac duyulur”

“Azərbaycan Milli Konstitusiyasının qəbul olunmasında Heydər Əliyevin müstəsna rolu olub. Bildiyimiz kimi, Azərbaycan Respublikasında ilk dəfə konstitusiya 27 noyabr 1995-ci ildə qəbul olunub. Bu baxımdan o zamankı çox ağır dövrlərdə ölkəmizin milli konstitusiyasının qəbul olunması çətinliklərlə başa gəlib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

C.Osmanov qeyd edib ki, Sovet İttifaqının yıxılması və o vaxtkı AXC-Müsavat cütlüyünün rəhbərliyi dövründə ölkənin talan olunması, milli-mənəvi dəyərlərin qorunmaması, onların satqınlıq missiyası nəticəsində qanuni şəkildə olan konstitusiyadan heç bir əsər qalmamışdı: “1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasının hər bir bəndinə, cümləsinə Heydər Əliyev tərəfindən baxılmışdı və Azərbaycan reallıqlarını özündə əks etdirir. Ölkə inkişaf etdikcə, zaman keçdikcə konstitusiyada dəyişikliklərə ehtiyac olur. Zamanın sifarişi əsasında qanunlarda və konstitusiyada müəyyən bəndlərdə əlavə dəyişikliklərin edilməsinə ehtiyac duyulur. Bu dəyişikliklər sonuncu dəfə 2016-cı il sentyabr ayında həyata keçilmişdi. Həmin dəyişikliklərlə də konstitusiyamızın daha da təkmilləşməsinə səbəb oldu”.Report

Tarix: 27 Noyabr 2019, 17:39   
Xəbər lenti
Çox oxunanlar