BURADA REKLAMINIZ OLA
BİLƏR

Təyyar Hüseynli Hacı Şahinin məzarı başına toplaşanlardan danışdı: “Hər şey həddində, qədərində olmalıdır”

“Hacı Şahin Həsənlinin məzarı üstünə çoxsaylı insanların axın etməsi Hacı Şahin Həsənliyə olan bir məhəbbətin təzahürüdür, mənəvi yanaşma, insanların öz sevgilərini bildirmə tərzidir.  Amma bu məsələni qloballaşdırmaq, mürəkkəbləşdirmək olmaz. Hər şeyin qədəri var. “Qurani-Kərim”də deyildiyi kimi, həddi aşmamaq lazımdır. Sevgi azaddır. Sayılıb-seçilən bir ictimai-siyasi xadimə, xeyriyyəçiyə, el ağsaqqalına, yaxud incəsənət nümayəndəsinə sevgi göstərmək olar. Hacı sağ olsaydı, özü də fikir bildirərdi ki, sevgidə qarışıq niyyətlər, siyasət, bir insanın sağlığında da, dünyasını dəyişəndən sonra da ona olan sevgidən qeyri-şəffaf, qeyri-səmimi məqsədlər üçün yararlanmaq Allah-Təalanın göstərişindən uzaqdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış ilahiyyatçı Hacı Təyyar Hüseynli deyib.

 

“Mərhum həmkarımıza qarşı məhəbbət labüddür, təbiidir. Olsun, amma hər kəs bu məhəbbətdən öz səmimi münasibətini bildirəcək qədər payını götürsün. Bu məsələdən hər hansı şər qüvvələrin öz iyrənc siyasi məqsədlərinə görə yararlanması Allahın qəzəbinə gələr. Allah insanlara dünyada yaşayanlarla, yaxud axirətə köçmüşlərlə bağlı xüsusi həddə davranış göstərişləri verir. Təkrar edirəm, bu göstərişləri, həddi aşmaq, yaxud bundan çirkin siyasi məqsədlərə görə istifadə etmək olmaz. Düşünürəm, hər şey həddində, qədərində olmalıdır. İzn verə bilmərik ki, mərhum, sevilən ilahiyyatçımızın cavan yaşda dünyasını dəyişməsindən, onun ailəsinin üzüntüsündən sui-istifadə edən insanlar öz çirkin məqsədlərinə çatsınlar. Allah həmkarımıza rəhmət eləsin”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 7 Mart 2023, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin