BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus bu tarixdə bitəcək? - Astroloq açıqladı

İngiltərə astrologiya kollegiyasının prezidenti Bernard Fitzvalter koronavirus böhranının nə zaman bitəcəyi haqqında xüsusi proqnoz verib.

 

Pravda.az-ın xəbərinə görə, nüfuzlu ingilis münəcciminin proqnozlarını hətta bütün ömrü boyu ulduz fallarına şübhə ilə yanaşanlar da maraqla gözləyir.

 

- Dünyada niyə belə bir böhran baş verdi?

 

- Bütün bunlar Saturn-Pluton dövriyyəsi ilə əlaqədardır: 1914, 1947, 1882-ci illərdə idi və 2020-də yenidən gəldi. Maraqlıdır ki, 1914-cü ildən sonra İspan qripi epidemiyası baş verdi; 1947-ci ildən sonra Yer kürəsində bir çox yerdə poliomielit epidemiyası baş verdi; 1982-ci ildə ilk dəfə HİV/AİDS-lə qarşılaşdıq, indi isə koronavirus meydana çıxdı.

 

- Koronavirus pandemiyası nə vaxt bitəcək?

 

 

- Bəlkə yayda. Hazırda Mars alternativ olaraq Yupiter, Pluton və Saturnun yanından keçir və hər biri vəziyyəti daha da ağırlaşdırır. Bundan əlavə, Yupiter aprelin 5-də Plutona yaxınlaşır - onda dörd planetin hamısı bir-birinə çox sıx dayanacaq.

 

May - iyun aylarında planetlər bir az aralanmağa başlayacaq. Avqust - sentyabrda virusu dəf etmək üçün yeni tədbirlər tətbiq etməyə başlayacağıq. İlin sonunda Yupiter-Saturn-Pluton ilkin yerinə qayıdacaq. Lakin bu dəfə planetlər o qədər də sıx olmayacaq və biz buna hazır olacağıq.

 

Düşünürəm ki, 2021-ci ilin əvvəlində hər şey bitəcək, həyatımızı yenidən qurmağa başlayacağıq. 2021-ci il çətin və stresli olsa da, dünya bərpa olunacaq! 2022-ci il daha əyləncəli, asan və oynaq olacaq. Gəlin belə ümid edək! Publika.az

Tarix: 9 Aprel 2020, 00:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin