BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda taksi sürücüsünü qətlə yetirən şəxsdən xəbər var

Salyanda taksi sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən Müşviq İskəndərovun cinayət işi üzrə ibtida istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş hakim Neymət Məmmədovun ictaatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası martın 16-na təyin edilib.

 

Qeyd: Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Salyan rayonu Xocalı kəndi ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

 

Belə ki, noyabrın 18-də Masallı rayonu, Qızılağac kənd sakini 1957-ci il təvəllüdlü Etibar Məmmədovun üzərində xəsarət izləri olan meyitinin Salyan rayonu, Xocalı kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə sərnişin kimi avtomobilinə götürdüyü 1975-ci il təvəllüdlü Müşviq İskəndərovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Müşviq İskəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 8 Mart 2023, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin