BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edildi

Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, İsmayılov Musa Hüseyn oğlu xarici ölkə vətəndaşı Aladilee Mohammed Qasım Ahmedin xeyli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Artıq cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Musa İsmayılov barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xeyli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 8 Mart 2023, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin