BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 4 şirkət dələduzluğa məruz qaldı

Bakıda 4 şirkətə qarşı dələduzluq edilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Hüseynov Azər Həsən oğlu həmin şirkətlərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Bunlar "Qaranağ İnşaat" MMC, "Supersement" QSC, "Lidersement" QSC və "Caspian Energy Group" MMC-dir.

 

Eyni zamanda Azər Hüseynov şirkətlərlə yanaşı Babək Alıyev, İqdam Qasımov və Fuad Hüseynova qarşı da dələduzluq edib.

 

Artıq onun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Rasim Sadıqovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Azər Hüseynovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 8 Mart 2023, 09:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin