BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bəxtiyarsevərlər” - feministlər, LGBT üzvləri yenə də “Ana-bacılar küçədə” qışqıracaqlar

8 Mart - Beynəlxalq Qadınlar Günü ən yüksəkdə duran bayramlardan biridir. Təbii ki, burada təbrik ilk növbədə şəhid analarına düşür. O anaların böyütdüyü qəhrəman övladların sayəsində 30 il işğalda qalan torpaqlarımız azad edildi, ədalət bərpa edildi. Amma bu cür ülvi bayramı gözdən salmağa, öz məqsədləri üçün istifadə etməyə, daha konkret desək, qrant almaq üçün çalışırlar.

8 Mart Beynəlxalq Qadınlar gününü

Söz və fikir azadlığı hər kəsin haqqıdır, sadəcə, cəmiyyət ayıq olmalıdır ki, küçələrə düşüb “Ana-bacılar küçədə”, “Yaşamaq istəyirik” şüarlarını (daha biabırçı şüarlar səsləndirirlər, yazmağa lüzum yoxdur) səsləndirənlər kimlərdir. Onların nə istədiyi də aydın deyil. “Yaşamaq” istəyirsən, yaşa, sənə kim nə deyir... Qadınların səsvermə, əmək hüququ qanunla tənzimlənir, dövlət idarələrində onların təmsilçiliyinə şərait yaradılır. Baxın, nə qədər uğurlu  iş qadınları, mütəxəssislər var.

Feministlərin Bakıdakı aksiyasına etirazlar

İddia edirlər ki, ölkədə qadınlar öldürülür, bu da siyasidir. Dövlət vətəndaşını ayrı-seçilik olmadan qoruyur, cinayət varsa, cəzası da var. Qadın və ya kişi qətlə yetirilirsə, qanunda hansı cəza nəzərdə tutulubsa, o da tətbiq edilir. Bunların deməsindən elə başa düşülür ki, qadınları qətlə yetirənlər həbs edilmir, azadlıqda gəzir. Absurd iddiadır. Qadın anadır, bacıdır, həyat yoldaşıdır, övladdır, ailə-məişət zəmnində nəsə baş verirsə, bunun siyasətə nə dəxli var ki? Bir məqsəd var: Azərbaycanda ailə institutunu dağıtmaq, yad meyilləri ölkəyə gətirmək, cəmiyyəti parçalamaqdır. Üç-beş nəfər düşüb ortaya, digərlərini də tələyə salırlar, guya qadınları “parlaq gələcəyə” aparırlar. Şüarlardan görünür elə necə “parlaqdır”. Təsəvvür edirsiniz bunların qurmağa cəhd etdiyi cəmiyyəti? Onlara qoşulan qadınların ailələri dağılır, guya şiddət göstərilirmiş, bunlar da kömək edirlər, “abad”a çıxarırlar. Yazıçı Kəramət Böyükçölün də başına belə bir iş gətirmişdilər. Kəramət sonra dedi ki, baş verənlərdən sonra o qadınla maraqlandılarmı? Əlbəttə, xeyr. Bunlar yalnız siyahı tuturlar. Hətta səs yazıları da yayılmışdı, sanki sevinirlərmiş kimi növbəti qurban var. Həbsdə olan “ictimai fəal” Bəxtiyar Hacıyevin bir kəlməsi ilə soyunanlardan fərqli nə gözləmək olar ki? Bəzən deyirlər ki, Bəxtiyarla yazışan qızların həyatları təhlükədədir-filan. Min hoqqadan çıx, sonra da "təhlükədəyəm" denən...

Bir-iki istisna ola bilər, amma onunla yazışanların əksəriyyəti “Ana-bacılar küçədə” deyib qışqırırlar. “Bəxtiyarşünas”lar yenə də öz ampluasındadır, çünki eyni səviyyənin adamlarıdır. Yalnız və yalnız yataq, altpaltar düşünmək, söyüşlə danışmaq, yazmaq nə deməkdir? Buna azadlıqmı deyirlər? Gücünüz öz bədəninizə çatır, onu da geniş nümayiş etdirirsiniz... Baxın onların ətrafında kimlər var?! Dəstək də qazana bilmirlər. Hər şeyi də siyasiləşdirirlər ki, beynəlxalq təşkilatların diqqətini çəksinlər. Küçədə 3-5 qadının nəsə deməsinin əhəmiyyəti ola bilməz. Travmalı insanlar çox böyük dəstəyə sahib olduqlarını sanırlar. Başa düşmürlər ki, onların feminizm adlandırdıqları hərəkat üçün Azərbaycanda münbit şərait yoxdur! Onların aksiyasına LGBT üzvləri də qoşulacaq, Bəxtiyara da azadlıq tələb ediləcək. Aksiyanın bircə Bəxtiyarı çatmır. Bəxtiyar da ciddi elektorata sahib olduğunu iddia edirdi, düz deyirmiş, “kruq”undan bəllidir. Keçirdikləri aksiyadan sonra sosial şəbəkələrə baxın, görün cəmiyyət onlara necə qiymət verir... Bakı Şəhər İcra Hakimiyyəti də doğru olaraq aksiyanın keçirilməsi üçün yerin ayrılmasına “yox” dedi.

Feministlər şəhərin mərkəzində aksiya keçirdi

Üç-beş nəfər olsalar da, şəhərin mərkəzindəki balaca meydanda lazımsız şeylərə görə insanların rahatlığını pozmamalıdırlar. Yaxşı olar ki, məlum plakatlarını da götürsünlər, getsinlər Lökbatandakı stadiona... Düşünürəm, müvafiq qurumlar yenə də humanizm nümayiş etdirəcəklər, onların əlinə yeni imkan verməyəcəklər. Təcrübədə belə hallar olub. Cəmiyyət özü onlara reaksiya verməməlidir.

 

Kənan Mirzəyev

Tarix: 8 Mart 2023, 13:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin