BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkət rəhbərinin oğlunun şikayətinə bu tarixdə baxılacaq

Bakıda dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Emin Namazovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses martın 14-nə  təyin edilib.

 

Şikayət hakim Ələsgər Novruzovun səfirliyi ilə araşdırılacaq.

  

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Namazov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: “Omaks-3” MTK-da rəhbər vəzifə tutmuş Emin Namazov dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilir.

 

İş üzrə 19 zərərçəkmiş var. Zərərçəkmişlərdən bir çoxu ilə barışıq əldə edilib.

 

Xatırlatma: Emin Namazovun atası Tapdıq Namazov da Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbəri kimi bir mənzili bir neçə vətəndaşa sataraq, 18 nəfərə ümumilikdə 568 min manat ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilinib.

 

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 9 Mart 2023, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin