BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda gənci bıçaqlayan şəxsdən xəbər var

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Cəsarət Aslanlı barəsindəki hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum vəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkənin ilkin hazırlıq iclası martın 10-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2021-ci ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

 

Belə ki, 1995-ci il təvəllüdlü Fərman Əsədov Fərman yaşadığı evin yaxınlığında əlbəyaxa dava edən iki nəfəri münaqişə etməməyə çağırıb. Lakin tərəflərdən biri C.Aslanlı F.Əsədova bıçaq zərbələri vurub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 9 Mart 2023, 09:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin