BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı torpaq sahələrini zəbt etməsi barədə iddiaya cavab verdi

Balakən Rayon İcra Hakimiyyəti rayon ərazisində boş torpaq sahələrinin icra başçısı İslam Rzayev tərəfindən zəbt edildiyi barədə iddiaya münasibət bildirib.

 

Baləkən RİH-dən Pravda.az-a göndərilən açıqlamada iddia təkzib edilib.

 

“Balakən Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisində nə istifadəsində, nə də mülkiyyətində torpaq sahəsi yoxdur. Bu haqda deyilənlər həqiqəti əks etdirmir. Bununla əlaqədar hər hansı fakt olarsa, Balakən Rayon İcra Hakimiyyətinə təqdim etməyinizi xahiş edirik”, - açıqlamada qeyd olunub.

 

Aytəkin Qardaşova

Tarix: 9 Mart 2023, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin