BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əks təqdirdə, qoca "Qafqaz tülküsü" "parçala, hökm et" metodları ilə ölkəni öz şəxsi mülkü kimi girovluğunda saxlamağa davam edəcək”

"Gürcü kabusu"na çevrilmiş "Gürcü Arzusu" toplumu test etdi və bir addım geri çəkildi. Avroatlantik inteqrasiyanın bütün xalqı birləşdirən milli məsələ və hər kəsin qırmızı xətti olduğu bir daha təsdiqləndi. Eyni zamanda, bu qənaət (ən azından məndə) möhkəmləndi ki, müxalifətin bir liderin şəxsi ambisiyaları və qisasçılığı uğrunda mübarizə apardığı barədə təsəvvürlər ortada olanda (“həqiqətən belədir” demirəm, təsəvvürlərdən danışıram) xalq bu mübarizəyə dəstək vermir. Ona görə də müxalifət mütləq şəkildə çalışmalıdır ki, Gürcüstan siyasətini İvanişvili - Saakaşvili bipolyar rəqabəti və düşmənçiliyi mənzərəsindən, məhz bu zəmində qütbləşmədən qurtarsın”.

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

 

“Mübarizənin ideallar uğrunda aparıldığına xalq və xüsusən onun gənc təbəqəsi inandırılarsa, dəyişiklik daha asan olacaq. Əks təqdirdə, qoca "Qafqaz tülküsü" "parçala, hökm et" metodları ilə ölkəni öz şəxsi mülkü kimi girovluğunda saxlamağa davam edəcək”, - Ş.Cəfərli qeyd edib.

Tarix: 9 Mart 2023, 13:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin