BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda anasını və bacısını öldürən şəxsin cəzası 18 ilə endirildi

Bakıda anasını və bacısını qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin cəzası məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə onun 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 18 ilə endirilib.

 

Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ilk 5 ilini həbsxanada, cəzanın qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

 

Qeyd: Hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

 

İttiham aktına əsasən, M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəmnində qətlə yetirib.

 

Hadisədən sonra M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

 

O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

 

Kamal Məmmədov

Tarix: 9 Mart 2023, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin