BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə seçkilərə hansı tərəf daha çox hazırdır: iqtidar, yoxsa müxalifət?

“Millət İttifaqı prezidentliyə vahid namizədini rəsmən elan etdi. Ondan əvvəl isə bütün sahələri əhatə edən 2300 səhifəlik hökumət proqramını və 84 maddəlik Konstitusiya dəyişiklikləri paketini açıqlamışdı. Parlament sisteminə keçid dövründə ölkənin necə idarə olunacağına dair yol xəritəsi də vahid namizədlə bərabər təqdim olundu”.

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

 

S.Cəfərli bildirib ki, Cumhur İttifaqı isə dəfələrlə “namizədimiz Rəcəb Tayyib Ərdoğandır” deyə bəyan etsə də, hələ ki bununla bağlı formal, rəsmi qərar yoxdur: “Bu ittifaqın seçki platforması hələ elan olunmayıb və xalqa nə vəd etdikləri bəlli deyil. Ortada sadəcə, yorğun, yıpranmış, ölkəni böhran məngənəsinə sürükləmiş, sağlıq problemləri olan 2 qəzəbli siyasi lider var. Müxalifətdə, xüsusən son anlaşmadan sonra, ciddi dinamizm və motivasiya müşahidə olunduğu halda, hakimiyyət tərəfdə statik görüntü var, durğunluq hökm sürür. Bu arada, Türkiyə Konstitusiya Məhkəməsi HDP-nin qapadılması üzrə MHP-nin basqısı ilə açılmış dosyeyə baxılmasını aprel ayına təxirə salıb. Bu, o deməkdir ki, KM bu məsələdə seçkiyə qədər yekun qərar vermək istəmir”.

 

Kənan

Tarix: 9 Mart 2023, 15:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin