BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsinin zabiti və tələbəni "KamAZ"la vuraraq öldürən şəxsdən xəbər var

Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin zabiti və Dövlət Gömrük Akademiyasının tələbəsini yük maşını ilə vuraraq öldürməkdə təqsirləndirilən Firdovsi Eyvazovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayələr Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

MəhkəmənibMəhkəmənin ilkin hazırlıq iclası hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə ötən il sentyabrın 23-ü saat 14:30 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolu ilə hərəkətdə olarkən "Azərterminalkompleks" Birliyinin qarşısında qeydə alınıb.

 

 

Belə ki, Eyvazov Firdovsi Əliş oğlunun idarə etdiyi "KamAZ" markalı avtomobil piyada Əzizli Elvin Şahin oğlunu və Birliyinin Analitik Şöbəsində inspektor vəzifəsində işləyən, gömrük xidməti kiçik leytenantı Rəsulova Sevgi Arzu qızını vurub. Nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsində 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 10 Mart 2023, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin