BURADA REKLAMINIZ OLA
BİLƏR

"Lukoil"in yanında ana ilə oğulun qəzaya düşdüyü hadisə ilə bağlı cinayət işi açıldı

Lənkəranda dəhşətli qəza ilə bağlı cinayət işi açılıb.

 

əldə etdiyi məlumata görə, hadisə martın 8-də saat 23 radələrində Lənkəran şəhəri, H.Əliyev prospektində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb.

 

Belə ki, Kazımlı Səbuhi Əmrəli oğlu idarə etdiyi "Toyota Pirus" markalı avtomobillə Səfərli Şəkər Şakir oğlunun idarə etdiyi "Tofaş" markalı avtomobillə toqquşub. Nəticədə Ş.Səfərli çoxsaylı bədən xəsarətləri alıb. Bundan başqa, Ş.Səfərlinin avtomobilində ön sərnişin yerində əyləşmiş anası Səfərova Sevinc Ağamehti qızı aldığı bədən xəsarətlərindən Lənkəran RMX-də ölüb.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məclləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 10 Mart 2023, 09:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin