BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda polis əməliyyat keçirdi, narkotacirlər tutuldu

Bakıda narkotik satanlara qarşı əməliyyat keçiirlib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, 1984-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 234.1 (narkotik) maddəsi ilə məhkum olunmuş Ələkbərov Kənan Nadir oğlu yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb.

 

Onun üzərindən 38,954 qram heroin aşkarlanıb.

 

Bundan başqa, Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində Bayramlı Tural Mansur oğlu tutulub. Onun yaşadığı Nizami rayonu, Naxçıvanski küçəsi, ev 02, mənzil 55 ünvanına keçirilmiş baxış zamanı 1007,6 qram çəkidə psixotrop maddə olan külli miqdar metamfetamin aşkar edilərək götürülüb.

 

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tarix: 10 Mart 2023, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin