BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəşəm Nəcəfzadə: “Əkrəm Əylislinin “Daş yuxular”ının nə insanlığa dəxli var, nə də ədəbiyyata...”

Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə  Azərbaycanın erməni xalqına qarşı irqçi siyasət aparmasına dair təqdim edəcəyi  "ciddi sübutlardan" biri Əkrəm Əylislinin The Guardianda  dərc olunmuş Azərbaycan tərəfindən erməni abidələrinin məhv edilməsinə dair cəfəng "Monumental itki: Azərbaycan və "21-ci ərsin ən pis mədəni soyqırımı" məqaləsi olacaq. Bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov məlumat verib. Həmin məqalədə göstərilirdi ki, guya Əylisli "...hələ 1997-ci ildə Prezidentə müraciət edərək xaçkarların məhvini "dəhşətli vandalizm" və "mənasız fəaliyyət" adlandırıb. Bu məsələ sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. Əkrəm Əylisli “Daş yuxular” romanından sonra indi də bu məqaləsinə görə tənqid edilir, özü ilə bərabər onu dəstəkləyənlər də “vətən xaini” adlandırılır.

 

Şair, publisist Qəşəm Nəcəfzadə də Pravda.az-a açıqlamasında Əkrəm Əylisinin fikirlərini tənqid edib.

 

“Məqalədən xəbərim yoxdur. Ümumiyyətlə, Əkrəm Əylislinin mövqeyi ilə razı deyiləm. Onun “Daş yuxuları”nı da heç vaxt bəyənməmişəm, qəbul da etmirəm. Bizim vətənimiz Azərbaycandır. Azərbaycan yazıçısı Azərbaycan dövlətinin, xalqının mənafeyini müdafiə etməli, onun inkişafına xidmət etməlidir. Heç vaxt Əkrəm Əylisli ilə razı olmamışam. “Daş yuxular” çox mənasız, zəif bir əsərdir. Nə insanlığa dəxli var, nə də ədəbiyyata. Bu əsər heç nəyə lazım deyil. Əkrəm Əylisli çox yanlış bir əsər yazıb. Mənim üçün Azərbaycan dövləti, xalqı dünyanın ən böyük dövləti, millətidir. Azərbaycan həmişə haqlı olub, öz torpaqlarını müdafiə edib. Ermənistan hər zaman Azərbaycana qarşı işğalçı siyasət yürüdüb. Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin və xalqımızın birgə fəaliyyəti nəticəsində doğma Qarabağımız – Şuşamız düşmən caynağından azad olundu. Yaşasın Azərbaycan dövləti, Azərbaycan Prezidenti!”, - Qəşəm Nəcəfzadə deyib.

 

Aytəkin Qardaşova

Tarix: 10 Mart 2023, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin