BURADA REKLAMINIZ OLA
BİLƏR

Elgiz Əkbərdən tənqidlərə cavab: “Tənhalıq yaxşı hal deyil, evlənmək tək bizdə görünməyib ki…”

Tanınmış aparıcı Elgiz Əkbərin “ARB” kanalında yayımlanan “Elgizlə izlə” verilişinə 50-60 yaşlı insanların evlilik məqsədilə çıxarılması müzakirələrə səbəb olub. E.Əkbərin verilişin iştirakçısı Ruhəngiz adlı yaşlı xanımın özündən 11 yaş kiçik bəylə ailə həyatı qurmaq istəməsi barədə söhbətini “Tik Tok”da paylaşması da birmənalı qarşılanmayıb. Bildirilir ki, yaşlı insanlara evlilik lazım deyil, aparıcı bunu reytinq qazanmaq məqsədilə edir.

 

E.Əkbər Pravda.az-a müsahibəsində bildirib ki, ictimai şəxslər onu tənqid etməzlər.

 

“İctimai şəxslər ağıllı insanlardır, başa düşürlər ki, tənhalıq, təklik yaxşı hal deyil. Başqa cahil insanların fikirləri mənim üçün maraqlı deyil. Mənim üçün maraqlı budur ki, gözəl iş gördüyümü bilirəm. Yaşlı, dörd divar arasında tək qalan insanların dərmana, bir tikə çörəyə, bir stəkan suya ehtiyacları var. Kimsə onların çörəyini alsın, xəstələnəndə bir dərman versin. Belə insanların ailə qurmağa ehtiyacları var. Evlənmək tək bizdə görünməyib ki. Bütün dünyada belə verilişlər var, o cümlədən Azərbaycanda. Biz sivil ölkəyik. Vətəndaşlarımız hər şeyin yaxşısına layiqdirlər. Bəzi insanlar var ki, görürsünüz, çətinlik çəkirlər, ailə qurmaq onlara çox çətin olur. Buna görə də onlara dəstək lazımdır”, - aparıcı deyib.

 

Aytəkin Qardaşova

Tarix: 10 Mart 2023, 16:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin