BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərxoş kişi arvadının qolunu qəsdlə qapının arasına qoyaraq sıxdı

Nərimanov Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Çingiz Qurbanovun (şərti) cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib.

 

Qeyd: Hadisə ötən il Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, Çingiz Qurbanov aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həyat yoldaşı Nazan Qurbanovanın (şərti) sağ qolunu evin giriş qapısının arasına qoyaraq qəsdən sıxaraq ona yüngül zərər vurub.

 

Məhkəmədə Çingiz Qurbanov həmin əməli törətdiyini etiraf edib. O, özünü təqsirli bilərək ifadəsində göstərib ki, 1996-cı ildə zərərçəkmiş şəxsilə ailə həyatı qurub, birgə nikahlarından 2 uşaqları dünyaya gəlib.

 

Çingiz Qurbanov deyib ki, hadisə günü evə sərxoş vəziyyətdə gəlib, həmin zaman arvadı ilə ailə məişət zəminində aralarında mübahisə yaranıb. Nəticədə əsəbləşərək onun sağ bilək nahiyəsindən tutaraq qapının arasına salıb sıxıb. Sonra isə arvadı Nazan onun barəsində polisə şikayət edib.

 

O söyləyib ki, əvvəllər də Nazanla aralarında mübahisələr yaranıb. Sonradan zərərçəkmiş şəxslə barışıb.

 

Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini bildirib.

 

Kamal Məmmədov

Tarix: 10 Mart 2023, 17:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin