BURADA REKLAMINIZ OLA
BİLƏR

Yol qəzası törətməkdə təqsirləndirilən qazinin istintaqı yekunlaşdı

Mingəçevirdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Həmid Həmidlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası hələlik açıqlanmayıb.

 

Qeyd: Ötən il oktyabrın 15-də Mingəçevir şəhəri A.İslamzadə küçəsində Həmid Həmidli idarə etdiyi “VAZ-21014” markalı avtomobillə əks hərəkət zolağına çıxması nəticəsində Azər Tağızadənin idarə etdiyi “KIA” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində sonuncu nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və yolu keçmək istəyən iki piyadanı vurub.

 

Piyadalar xəstəxanaya çatdırılsa da, aldıqları ağır xəsarətlərdən orada ölüblər.

 

Daha sonra Həmid Həmidli cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 11 Mart 2023, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin