BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərnişinin ölümünə səbəb olan sürücü məhkəmə qarşısında

Ağdaşda yol qəzasında sərnişinin ölümündə təqsirləndirilən Xəyal Qocayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclası hələlik açıqlanmayıb.


Qeyd: Hadisə ötən ilin oktyabrında rayonun Bulaqotağı kəndində qeydə alınıb. 35 yaşlı Qocayev Xəyal Mütəllim oğlu idarə etdiyi “VAZ-2103” markalı avtomobili yolun sağında dayanan 31 yaşlı Məbudov Rüfət Mürvət oğluna məxsus “QAZ-33021” markalı avtomobilə çırpıb.


Nəticədə X.Qocayev yaralanıb. Onun sərnişini 53 yaşlı Qarayev Fariz Fazil oğlu isə aldığı xəsarətlərdən Ağdaş rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.


Daha sonra X.Qocayev cinayət məsuliyyətinə cəlv edilib.

 

Kamal Məmmədov 

Tarix: 11 Mart 2023, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin